Bakıda ağır qəza: sürücü öldü

Qəzaya ilkin ehtimal hava şəraitinin yağmurlu olması və sərt döngədə sürət həddinin aşilması göstərilir.
Qəzaya uğrayan avtomobil
Qəzaya uğrayan avtomobil

Bakıda sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, qəza Xətai rayonunun Nobel prospektində qeydə alınıb. 10- UK- 280 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olan 1979-cu il təvəllüdlü Ramin Mərdan oğlu Qurbanov hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı hasara çırpıb.

Hadisə zamanı minik maşını deformasiyaya uğrayıb, ağır bədən xəsarətləri alan 37 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.

Qəzaya ilkin ehtimal hava şəraitinin yağmurlu olması və sərt döngədə sürət həddinin aşılması göstərilir.

Faktla bağlı Xətai Rayon Polis Şöbəsində araşdırma aparılır.

Ölən 37 yaşlı Ramin Qurbanov Xətai rayon əhalinin sosial müdafiəsi mərkəzində mütəxəssis işləyib.

Bakıda daha bir ölümlə nəticələnən yol qəzası ötən gün baş verib. Abşeron rayonunun Sulutəpə qəsəbəsində Hökməli qəsəbə sakini Tərlan Kərimov idarə etdiyi, dövlət qeydiyyat nişanları olmayan “ZİL” markalı avtomobillə Tərtər rayon sakini Fazil Abışovu vurub. F.Abışov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Şərhlər