Qəzada bir ailənin 4 üzvü yaralandı

Minik maşını zərbənin gücündən yolun kənarına yuvarlanıb.
Ambulans maşını
Ambulans maşını

MWSabirabad rayonunda ağır yol qəzası baş verib. "Mercedes" və "BMW" markalı minik maşınlarının bir-birinə çırpılması nəticəsində 4 nəfər xəsarət alıb.

ANS TV-nin məlumatına görə, Sabirabadda avtomobil kanala aşıb. Bir ailənin 4 üzvü xəsarət alıb. Hadisə Sabirabad rayonunun Dadaşbəyli kəndində qeydə alınıb. Qəza zamanı Rafiq Məhərrəmov idarə etdiyi "BMW" markalı avtomobil ilə yüksək sürətlə hərəkətdə olduğu zaman onunla eyni istiqamətdə hərəkət edən "Mercedes"ə çırpılıb. İdarə etmədən çıxan "BMW" bir neçə dövrə vuraraq yolun kənarına aşıb.

Nəticədə avtomaşının sürücüsü və onun ailə üzvü olan 3 nəfər ağır bədən xəsarətləri alıb. Yaralılar dərhal Şirvan Şəhər Xəstəxanasına çatdırılıb. Baş verən qəza ilə əlaqədar  Sabirabad Rayon Polis Şöbəsində avtotexniki ekspertiza təyin edilib, araşdırmalar aparılır.

Sabirabadda qəza zamanı bir ailənin 4 üzvü xəsarət alıb
 

Şərhlər