Bakıda iki Murad bir-birinin qanını tökdü

Yaralı şəxs qohumların köməyi ilə xəstəxanaya çatdırılıb.
Bakıda iki qohumun söz mübahisəsnin sonu bıçaqlanma ilə nəticələnib. ANS PRESS-in məlumnatına görə, Sabunçu rayonu Ramana qəsəbəsində yaşayan Murad Alpaşayevlə 24 yaşlı qohumu və adaşı olan şəxs dava edib. İki adaşın əlbəyaxa mübahisəsin sonunda Murad Ələkbərov bıçaqlanıb. Yaralı şəxs qohumların köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən Murad Alpaşayev ilə 12-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Verilən məlumata qohumlar arasında narazılıq bir neçə ay əvvəldən başlayıb. Murad Ələkbərov qohumu Murad Alpaşayevin ad günündə dostlar ilə yeyib içiblər. Dostlar məclisi davam etdirmək istəsədə pulları qurtarıb. Bundan sonra Murad Ələkbərov dostlarının razılığı ilə dükandan öz adına borc götürərək yeyib içmək təşkil edib.

Hadisədən iki aya yaxın vaxt keçmədən dostları Muradın adına olan borcu bağlamayıb. Borcun söz söhbəti isə sonda iki qohumu üz-üzə qoyub.