Kiş çayı üzərində yol salındı

Bütün işlər "Azəravtoyol" ASC-nin nəzarəti altında həyata keçirilir.
Salınan yol
Salınan yol

Şəkinin Kiş çayı üzərində müvəqqəti yolun salınması artıq yekunlaşıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bununla da 8 minə yaxın əhalisi olan Kiş kəndinin rayon mərkəzi ilə əlaqəsi bərpa olunub. 

Kiş çayının məcrasında yerləşdirilən 12 paqon metr uzunluğunda suötürücü dəmir beton boruları üzərindən xüsusi texikanın köməyi ilə yeni yol salınır. Müvəqqəti yol 4 metr enindədir.

Çayın üzərində yeni körpü tikiləcək, əvvəlkindən fərqli olaraq körpü 3 aşırımlı və iki metr daha hündür olacaq.

Bütün işlər birbaşa "Azəravtoyol" ASC-nin nəzarəti altında əraziyə cəlb olunmuş lazımi canlı qüvvə və texnika vasitəsilə həyata keçirilib. Hazırda qurumun sədri də ərazi yerindədir. 

Bundan başqa ərazidə çoxlu sayda həm Şəki rayonu, həm də qonşu rayonlardan 20-yə yaxın ağır texnika cəlb olunub.

 

Şərhlər