Ermənistanda qəza - çox sayda ölən var

Ölənlər arasında azyaşlı da var.
Qəzaya uğrayan avtomobil
Qəzaya uğrayan avtomobil

Ermənistanda 6 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. ANS PRESS-in news.am saytına istinadən verdiyi məlumata görə, hadisə Sünik vilayətində baş verib. "Kamaz" markalı yük avtomobili ilə "Toyota Camry" markalı minik maşınının toqquşması nəticəsində 6 nəfər həyatını itirib.

Qəza ilə bağlı Ermənistan Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

Qəza nəticəsində minik avtomobilinin sürücüsü və dörd sərnişini ölüb. Yük maşınının sürücüsü və sərnişini isə müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Minik maşınında ölən şəxslər ər-arvad - 24 yaşlı Ruben Avakyan, onun arvadı 23 yaşlı Sonna Cavadyan və onların bir yaşlı qızı Likadır.

Hadisə zamanı yük maşınında olan daha üç nəfər isə İrəvan sakinləri - 24 yaşlı Muşeq Marcanyan, İnna Mixaelyan və 23 yaşlı Artak Voskanyandır. Onlardan da iki nəfər qəza zamanı dünyasını dəyişib. "Kamaz" markalı yük maşınının sükanı arxasında 47 yaşlı David Samvelyan olub. O da yerləşdirildiyi xəstəxanda ölüb.

 

Şərhlər