15 maşın toqquşdu, yaralananlar var

Hadisə yerinə təcili tibbi yardım maşınlıarı cəlb olunub.
Avtomobillərin toqquşması
Avtomobillərin toqquşması

İstanbulun Şile əyalətində 15 avtomobil toqquşub. ANS PRESS-in məlumatına görə, yol qəzasının meydana gəlməsinə səbəb Ümraniye istiqamətinə yola tökülən yağ olub. Nəticədə yolda sürüşən avtomobilləri sürücülər idarə etməkdə çətinlik çəkiblər. 

Qəza nəticəsində ölən olmasa da, 4 nəfər xəsarət alıb. Ən böyük ziyanın isə maşınlara dəydiyi deyilir. Şileyolu Ümraniye istiqaməti təxminən 1 saat tıxaca görə bağlı qalıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım və polis əməkdaşları cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərdikdən sonra xəstəxanalara aparıblar.

 

Şərhlər