Azərbaycanda dəhşətli qəza: 3 nəfər öldü

Ölənlərin hamısı Qəbələnin Vəndam kənd sakinləridir.
Qəzaya uğrayan "Mercedes"
Qəzaya uğrayan "Mercedes"

Bu gecə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın təfərrüatları məlum olub.

ANS PRESS-in məlumatına görə, Qaraməryəm-İsmayıllı-Qəbələ yolunda “Mercedes” markalı avtomobilin yüksək sürətlə aşması və bir neçə dəfə yuvarlanması məlum olub. Bildirilir ki, Vəndam kəndindən olan 1984-cü il təvəllüdlü Asim Alıyev həmkəndliləri və kiçik qardaşı Rasimlə yaşadıqları Qəbələnin Vəndam kəndindən İsmayıllıya yola düşüblər. Onlar İsmayıllıda yeyib-içdikdən sonra gecə saatlarında kəndə qayıdıblar. Yolda avtomobildə olan şəxslərdən Rəşad Əkbərov avtomobildən düşüb. O, A.Alıyevə maşını içkili halda yüksk sürətlə sürdüyünü bildirib və ölmək istəmədiyini deyərək düşərək uzaqlaşıb. Bir qədər sonra taksi ilə yoluna davam edən R.Əkbərov yoldaşlarının dəhşətli qəzaya düşdüyünü və onlardan üçünün öldüyünü görüb. Avtomobildə olan şəxslərdən yalnız sürücünün 27 yaşlı qardaşı Rasim Alıyev sağ qalıb ki, o da ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qəzada ölən şəxslərdən Elbrus Həlimov evin tək oğlu olub və hələ ailə qurmayıbmış. Asim Alıyev və Uğur Mürsəlov isə ailəli olub və azyaşlı övladları qalıb.

Qəzaya uğrayan "Mercedes"
Qəzaya uğrayan "Mercedes"

***11:51***

İsmayıllı rayonunda dəhşətli yol qəzası baş verib. ANS PRESS-in məlumatına görə, İsmayıllı-Qəbələ yolunun Qurbanəfəndi kəndindən keçən hissəsində "Mercedes" markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə avtomobilin sürücüsü, 1984-cü il təvəllüdlü Asim Müsavər oğlu Alıyev, sərnişinləri, 1983-cü il təvəllüdlü Uğur Bünyat oğlu Mürsəlov və 1987-ci il təvəllüdlü Elbrus Elman oğlu Həlimov aldıqları ağır xəsarətlərdən vəfat ediblər.

Məlum olub ki, ölənlərin hamısı Qəbələnin Vəndam kənd sakinləridir. Onlar Bakıdan rayon istiqamətinə hərəkət edirmiş və yüksək sürətlə hərəkət edən avtomobil döngədə idarəetmədən çıxaraq aşıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılır.

Ötən gün də ölkə ərazisində öülmlə nəticələnən yol qəzaları baş verib. Həmin hadisələrdən biri Tovuz rayonunun Qovlar şəhərində qeydə alınıb. Şəhər sakini Lətafət Alıyevanın idarə etdiyi “Hyundai” və Bakı şəhər sakini Elşən Həsənovun idarə etdiyi “Nissan” markalı avtomobillər toqquşub. Nəticədə E.Həsənov və sərnişini, anası Almaz xəstəxanaya yerləşdirilsədə bir müddət sonra Almaz orada dünyasını dəyişib.

Ölümlə nəticələnən daha bir qəza isə Səbail rayonunun Bibiheybət qəsəbəsində baş verib. Bakı şəhər sakini Vasif Hüseynov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini Eldəniz Mehdiyevi vurub. Xəstəxanaya yerləşdirilmiş E.Mehdiyev orada ölüb.

 

Şərhlər