Bərdədə 96 baş qoyun oğurlandı

Qoyunların qiyməti 15 000 AZN təşkil edir.
Bərdə rayonunun Hajalı kəndində oğurluq baş verib.

ANS PRESS-in məlumatına görə, səhər saatlarında Musayev Famil Əliş oğluna məxsus 96 baş qoyun oğurlanıb. Oğurluq faktı bu gün 7:00-da qeydə alınıb. Qoyunlar ev sahibinin qapısından oğurlanıb.

Bərdə Rayon Polis Şöbəsində faktı ANS PRESS-ə təsdiqləyərək sürünün sahibi Famil Musayevdən izahat alındığını və hazırda araşdırmaların aparıldığını bildirdilər.

Qoyunların ümumi qiyməti 15 000 AZN təşkil edir.

Daha əvvəl analoji hadisə Füzuli rayonunda da baş verib. Yanvarın 13-nə keçən gecə Füzuli rayonunun Qayıdış qəsəbəsində Beyləqan rayon sakini Fikrət Zamanova məxsus fermadan 160 baş qoyun oğurlanıb.


Qoyunların saxlanıldığı tövlə